Modern.az

Məhşur azərbaycanlı şahmatçının cənazəsi Bakıya gətirilib

Məhşur azərbaycanlı şahmatçının cənazəsi Bakıya gətirilib

Təhsil

14 Yanvar 2014, 09:25

Məşhur şahmatçısı, ölkə və Avropa çempionu, beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovun cənazəsi Azərbaycana gətirildi 

Modern.az anspress.com saytına istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda cənazəni mərhum şahmatçının yaxınları və ölkə idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

Vüqar Həşimovla vida mərasimi bu gün Respublika Şahmat Mərkəzində saat 11.00-dan 15.00-dək təşkil olunacaq. Şahmatçı ikinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, beynəlxalq dərəcəli qrossmeyster bu il yanvarın 11-də Almaniyanın Heydelberq şəhərindəki klinikada dünyasını dəyişib.

  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB