Modern.az

Zərdüşt Əlizadə: “Müstəqil siyasətçi sözünü anlamıram”

Zərdüşt Əlizadə: “Müstəqil siyasətçi sözünü anlamıram”

Təhsil

14 Yanvar 2014, 12:40

Siyasətlə məşğul olmaq istəyənlər, adətən hər hansı bir partiyaya daxil olur və o partiyanın mövqeyindən çıxış edir, hansısa ideologiyanın təbliğinə qoşulur. Amma Azərbaycanda bəzi tanınmışlar heç bir partiyaya üzv olmadan müstəqil siyasətçi olduqlarını deyirlər. Müstəqil siyasətçi nə deməkdir və o necə siyasi fəaliyyət göstərir?

Modern.az-a danışan politoloq Zərdüşt Əlizadə deyib ki, müstəqil siyasətçi fikrini ö özü də anlamır: “Çünki siyasətlə məşğul olmaq üçün hansısa bir qurum olmalıdır. Siyasi partiyadan çıxıb ictimai həyatda qalan adamlara ictimai xadim deyilir. Bəzi hallarda bu adamların cəmiyyətdə nüfuzu o qədər böyük olur ki, artıq bu və ya digər təqdirdə öz nüfuzlarını itirmiş partiya liderləri və partiyalar bunlara böhran anlarında müraciət edib köməyə çağırırlar. Məsələn, İtaliyada Mario Montinini çağırdılar və partiya üzvü olmadan baş nazir seçildi. Çünki Mario Montinin Avropa, İtaliya miqyasında böyük zəhməti var idi. Azərbaycanda belə bir hörmətə layiq adam Rüstəm İbrahimbəyov idi. Heç bir siyasi partiyanın üzvü deyildi. Amma cəmiyyət arasında hörmətinə və avtoritar hakimiyyətə tənqidi münasibətini nəzərə alıb Milli Şuraya dəvət elədilər. Bundan qorxan hakimiyyət Rusiyanın qoyduğu müəyyən şərtləri yerinə yetirib onun Azərbaycana qayıtmasına imkan vermədi. Odur ki, mən müstəqil siyasətçi sözünü anlamıram”.

Zərdüşt Əlizadə Azərbaycan Sosial Demokrat Partiyasından gedəndən sonra heç vaxt siyasətlə məşğul olduğunu demədiyini vurğulayıb: “Mən siyasi şərhçiyəm. Psixoloq, tərcüməçi kimi işləyirəm. Amma mən iddia etmirəm ki, siyasətçiyəm və belə iddia edənləri anlamıram”.

 

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!