Modern.az

Leyla Yunus barədə xəbər yalan çıxdı

Leyla Yunus barədə xəbər yalan çıxdı

Təhsil

14 Yanvar 2014, 13:06

Hüquq müdafiəçisi Leyla Yunusun gözündən əməliyyat olunduğu barədə xəbər yalan çıxıb. Bu barədə Leyla Yunusa yaxın olan hüquq müdafiəçisi Miurvari Qəhrəmanlı bildirib.

“Bir şərəfsiz Aynur Şəfiyeva adı ilə Leyla Yunus haqqında növbəti yalan yayib.Yəni guya, Leylanın gözü amputasiya olunub. Ayıb olsun, onun yazan qələt edir! Leyla yanvarın 4-dək Bakıda olub.Yanvarın 4-ü gedib, səhv eləmirəmsə bu gün qayıtmalıdır. İki gün əvvəl danışmışam onunla. Kim ona bu xəstəliyi yalandan yazıbsa, doğurdan onun öz başına gəlsin. Amin!”-deyə Mirvari Qəhrəmanlı Facebook-da bəyan edib.

Qeyd edək ki, əməliyat barədə məlumat Leyla Yunusun ofisi kimi təqdim olunan mənbədən də Modern.az-a daxil olmuşdu.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!