Modern.az

Fazil Mustafa: “Soyqırımı muzeyi” haqda təklifim qəbul edilmədi”

Fazil Mustafa: “Soyqırımı muzeyi” haqda təklifim qəbul edilmədi”

Təhsil

14 Yanvar 2014, 13:48


“Milli Məclisdə mən və bir neçə millət vəkili Azərbaycan gerçəkliyini əks etdirən “Soyqırım muzeyi” yaradılması məsələsini qaldırdıq. Amma təəssüf ki, bu təklif qəbul edilmədi”.  Bunu Modern.az saytına millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa bildirib. Onun fikrincə, təklifin qəbul edilməməsi yanlışdır:
“Bu muzeyin “Şəhidlər xiyabanı”nda yaradılması edilməsi vacibdir. Çünki xaricdən gələnlər buranı mütləq ziyarət edirlər. Biz hər şeyi vaxtında edə bilmədiyimizə görə müəyyən problemlər yaşayırıq. 20 Yanvar məsələsindən ağıllı istifadə edə bilmirik. Sovet imperiyasına qarşı mübarizə anlayışı xarici qonaqlar tərəfindən çox da cəlbedici qəbul olunmur. Bu gün daha çox ermənilərin Azərbaycan xalqına qarşı soyqırım etməsi üzərində siyasətimizi qurmalıyıq. Bunu edə bilsək faydalı, anlamlı məqamlar olar”.  


Gülşən Raufqızı  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!