Modern.az

Rəbiyyət Aslanova ATƏT-in “Bakı sessiyası”nın əhəmiyyətindən danışdı

Rəbiyyət Aslanova ATƏT-in “Bakı sessiyası”nın əhəmiyyətindən danışdı

Təhsil

14 Yanvar 2014, 14:46

ATƏT Parlament Assambleyasının (ATƏT PA) illik yay sessiyası 2014-cü il iyunun 28-dən iyulun 2-dək Azərbaycanda keçiriləcək. Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvi, millət vəkili Rəbiyyət Aslanova Modern.az-a açıqlamasında bunun Azərbaycan üçün çox önəmli olduğunu bildirib.

“ATƏT-in Parlament Assambleyasının yay sessiyaları adətən bura üzv olan dövlətlərin hər birində keçirilir. Bunlar əvvəlcədən razılaşdırılır və həmin ölkə ilə danışıqlar aparıldıqdan sonra orada keçirilir. Bu iclaslar yalnız o ölkələrdə keçirilir ki, orada insan hüquqlarının tam təmin olunması, dövlətin iqtisadi, sosial inkişafı və bir sıra məsələlər nəzərdə tutulur. O ölkə ki ATƏT prinsiplərinə, ümümavropa dəyərlərinə öz sədaqətini sübut edir, sözsüz ki, iclasların həmin ölkələrdə keçirilməsi daha məqsəd uyğun sayılır”.

R.Aslanova qeyd edib ki, ATƏT PA-nın say sessiyasının növbəti iclasının Azərbaycanda keçrilməsi təşəbbüsü də müsbət qarşılanıb.

“Azərbaycan müstəqillik qazandıqdan sonra bir çox beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-ə üzv olub. ATƏT Parlament Assambleyasında bu illər ərzində iştirakı, orada müzakirə olunan məsələlərə öz münasibətini bildirməsi, fəal iştirakı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar olaraq Azərbaycan nümayəndə heyətinin çıxışları, eyni zamanda sülhün, əmin-amanlığın böyük Avroatlantik məkanda bərqərar olması üçün Azərbaycanın təşəbbüsləri ATƏT Parlament Assambleyası rəsmiləri tərəfindən çox yüksək qiymətləndirilir.
Bu qurumun müzakirə etdiyi məsələlərin vektoru genişdir və bütün bunlar Azərbaycanın bu təşkilatda özünü sürətlə təsdiq etdirməsinin nəticəsidir. Azərbaycanın bu gün sayılıb seçilən dövlət kimi təşəbbüslərinin dinlənilməsi ölkə başçısının uğurlu xarici siyasətinin nəticəsidir".

Deputat ATƏT PA-nın növbəti yay sessiyasının Azərbaycanda keçirilməsi nəticəsində bura üzv olan dövlətlər ölkəmizin uğurlarını öz gözləri ilə görəcəklər.
“İnanıram ki, burada gündəlikdə olan müzakirələr də Azərbaycanın beynəlxalq problemlərin, məsələlərin həllində nə qədər güclü təşəbbüskar kimi çıxış etməsindən xəbər verəcək. ATƏT Parlament Assambleyasının Azərbaycanda keçirilməsi həmin qonaqlara bir daha sübut edəcək ki, Azərbaycan demokratik, sivil, dünyəvi dövlətdir və demokratiya yolunda sürətlə addımlayır”.

Aytən ƏLİYEVA 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!