Modern.az

Türkiyəli qonaqlar BDU-da olublar

Türkiyəli qonaqlar BDU-da olublar

Təhsil

14 Yanvar 2014, 17:55


Modern.az xəbər verir ki, bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyə Böyük Millət Məclisi Aparat rəhbərinin müavini Haydar Çiftçi, TÜRKPA baş katibinin müavini, Türkiyə parlamentinin nümayəndəsi Kürşad Melih Sarıarslan, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin Baş katibi İlyas Demirçi ilə görüşüb. Rektor Abel Məhərrəmov ölkələrarsı qardaşlıq, dostluq münasibətlərindən, bütün sahələrdə uğurlu əməkdaşlıqdan, həyata keçirilən layihələrdən danışıb. Rektor universitet barədə qonaqlara ətraflı məlumat verib, universitetin beynəlxalq əlaqələrindən, o cümlədən Türkiyə universitetləri ilə qurulan əlaqələrdən bəhs edib. Elm, təhsil sahəsində qardaş ölkənin universistetlərilə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan rektor A.Məhərrəmov bu istiqamətdə atılan addımları yüksək dəyərləndirib. Qonaqlar ölkəmizə səfər etmələrindən, o cümlədən Azərbaycanın qocaman ali təhsil ocağı BDU-da olmalarındanməmnunluqlarını ifadə ediblər. Universitetlərarası əlaqələrin bundan sonra da yüksələn xətlə inkişafının vacibliyini vurğulayıblar. Qarşılıqlı maraq doğuran görüş zamanı türk dünyası ölkələrinin Mühəndislik Memarlıq və Şəhərçilik sahəsində əlaqələrinin inkişaf etdirilməsi, memarlıq əsərlərinin, abidələrinin, ortaq dəyərlərin qorunmasının əhəmiyyətindən bəhs edilib. Universitetin laboratoriyaları, müxtəlif mərkəzlərilə yaxından tanış olan qonaqlar xoş təəssüratla ayrılıblar.


 

  Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!