Modern.az

Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsini müzakirə ediblər

Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsini müzakirə ediblər

Təhsil

14 Yanvar 2014, 20:52

ATƏT-in Minsk qrupunun həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Trend ATƏT-in rəsmi saytına istinadən məlumat verir ki, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter Berndə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Görüş zamanı ATƏT-in fəaliyyətdə olan sədri və Minsk qrupunun həmsədrləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib. D.Burkhalter onların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik səylərindən məmnun qaldığını ifadə edib.

Həmsədrlər və A.Kaspşik İsveçrənin Federal Xarici İşlər Departamentinin dövlət katibi İv Rosye ilə görüşüblər.


Modern.az
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!