Modern.az

Zakir Həsənov Fransada əməkdaşlıq müqaviləsi bağlayıb - FOTOLAR

Zakir Həsənov Fransada əməkdaşlıq müqaviləsi bağlayıb - FOTOLAR

Təhsil

15 Yanvar 2014, 11:05

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Fransa Respublikasına rəsmi səfəri başa çatıb.
Modern.az xəbər verir ki, səfər zamanı müdafiə naziri Fransa Respublikasının hərbi rəhbərliyi və Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərin rəhbərləri ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlıq məsələləri barədə müzakirələr aparıb.
Görüşlərin nəticəsi olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma" imzalanıb.
Yanvarın 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətənə dönüb.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!