Modern.az

Qarabağ veteranı nəqliyyat nazirinə müraciət etdi

Qarabağ veteranı nəqliyyat nazirinə müraciət etdi

Təhsil

15 Yanvar 2014, 11:20

Qarabağ müharibəsi veteranı, hərbi ekspert Üzeyir Cəfərov nəqliyyat naziri Ziya Məmmədova açıq məktub ünvanlayıb. Modern.az-ın məlumatına görə, Ü. Cəfərov nazirin nəzərinə çatdırıb ki, yanvarın 9-da saat 16 radələrində Nərimanov rayonu ərazisindəki 5 saylı xəstəxananın qarşısında çox xoşagəlməz bir olayla üzləşib.

“Nəqliyyat Nazirliyinə məxsus 90 AR 169 "Daewoo Nexsia" avtomobilinin sürücüsü ən tərbiyəsiz bir şəkildə məni təhqir edib. Mən ona özünü insan kimi aparmağı xahiş edəndə, heç olmasa Sizə və çoxdan tanıdığım müavininiz Musa Pənahova hörmət qoymağı deyəndə isə, bu tərbiyəsiz və əxlaqsız adam ən təhqiramiz formada, küçə sözləri ilə məni təhqir etdi. Elə həmən gün Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənova bu olayla bağlı müraciət etdim. Mənə söz verildi ki, yanvarın 10-da bu hadisə ilə əlaqədar gün ərzində lazım olan ölçülər götürüləcək. Amma sonradan dəfələrlə mən Namiq Həsənovla əlaqə saxlamağa çalışsam da, nədənsə zənglərim cavabsız qalıb”.

Qarabağ müharibəsi veteranı Z. Məmmədovdan xahiş edir ki, bu məsələnin hərtərəfli araşdırılmasına göstəriş versin. “Əks halda, mən 2 həftə ərzində müraciətimə qanunlar çərçivəsində baxılmayacağı təqdirdə, həm Nəqliyyat Nazirliyinin rəhbəri kimi Sizə qarşı məhkəmə iddiası qaldıracağam”.

 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!