Modern.az

Nəqliyyat Nazirliyi Qarabağ veteranının müraciətinə cavab verdi

Nəqliyyat Nazirliyi Qarabağ veteranının müraciətinə cavab verdi

Təhsil

15 Yanvar 2014, 11:33


“Məlum hadisə baş verən gün Üzeyir Cəfərov mənimlə həqiqətən əlaqə saxladı. Öz növbəmdə söz verdim ki, bu məsələ araşdırılacaq”. Bunu Modern.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib. “Amma sonra gördüm ki, məsələ həddindən artıq ictimailəşib. Üzeyir Cəfərov bu haqda bütün saytlar, agentliklər, TV-lərdə danışıb. Bu səbəbdən də artıq məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.

N. Həsənov bildirib ki, o, Ü. Cəfərova olayın araşdırılacağını söz verib və bu məsələ artıq həll edilib.

Nazirlik sözcüsü həmçinin  Zakir Əliyev, Vaqif Kərimov və İlqar Ocaqquliyevin Dövlət Avtomobil Nəqliyyatı Xidməti aparatının əməkdaşları olduğunu və onların izahatlarının da alındığını söyləyib. Onlar isə günahsız olduqlarını və lazım gələrsə Üzeyir Cəfərovla üzləşəcəklərini bildiriblər.

Qeyd edək ki, hərbi ekspert yanvarın 9-da üzləditi hadisə ilə bağlı artıq nəqliyyat naziri Ziya Məmmədova müraciət edib.

 

Gülşən Raufqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!