Modern.az

Ekspert: “Xəbər doğrudursa, ANS təsisçisini dəyişəcək ilk telekanal olmayacaq”

Ekspert: “Xəbər doğrudursa, ANS təsisçisini dəyişəcək ilk telekanal olmayacaq”

15 Yanvar 2014, 12:57

“İstənilən kommersiya qurumunun qanunvericiliyə uyğun şəkildə mülkiyyəti, ya da təsisçiləri varsa, təsisçiləri dəyişib, yenidən qurula bilər. Bu, Mülki Məcəllə ilə tənzimlənir”. Bunu Modern.az-a açıqlamasında media məsələləri üzrə ekspert Ələsgər Məmmədli deyib.

Qeyd edək ki, ANS telekanalını satışa çıxarılması ilə bağlı xəbər yayılıb. Ə.Məmmədlinin sözlərinə görə, satış haqda məlumat doğrudursa, təsisçilərin dəyişdirilməsində problemli heç nə yoxdur. Yalnız televiziya fəaliyyəti üçün lisenziya tələb olunur:
“Televiziya lisenziyalı fəaliyyətdir, ona görə buradakı fəaliyyətə lisenziya alır, amma təşkilatın, televiziyanın qurulmasına lisenziya yoxdur. Lisenziyanın başqasına keçib-keçməməsinə, təbii ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) qərar verir. Qurumun özünün sahibi istərsə gəlir əldə etmək məqsədilə, yaxud ümumiyyətlə, fəaliyyət istiqamətini dəyişmək səbəbindən öz qurumunun təsisçiliyindən imtina edə bilər, yeni təsisçilər ala bilər, hissələrin böyük bir hissəsini satar, bağışlaya bilər. Bu, onun tam mülki hüquqlarıdır”.

Ə. Məmmədlinin sözlərinə görə, indiyədək çox sayda regional televiziyalar bu formada sahiblərini dəyişiblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB