Modern.az

Qrip 34 nəfəri öldürdü

Qrip 34 nəfəri öldürdü

15 Yanvar 2014, 13:14


ABŞ-ın Texas ştatının şimal bölgələrində tüğyan edən qrip epidemiyasının səbəb olduğu ölü sayı 34-ə çatdığından, uzun peyvənd növbəsi meydana gəlib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər çaxnaşmaya düşən xalqa qrip epidemiyasına qarşı peyvənd xaricində tövsiyələr də verir.

Məlumata görə, epidemiyanın geniş yayıldığı Texas ştatında qripdən ən çox ölüm hadisəsi (26 adam) Dallasda qeydə alınıb.

Mütəxəssislərin fikrincə, peyvənddən başqa stressdən uzaq dayanmaq, kifayət qədər istirahət edə bilmək və məşq etmək, nizamlı olaraq əlləri yumaq, sağlam qidalanmağa diqqət yetirmək və kifayət qədər D vitamini qəbul etməklə də qripdən qorunmaq olar.

Modern. az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB