Modern.az

Professor: “Günəşdəki partlayış bütün atmosferə qlobal təsir göstərir”

Professor: “Günəşdəki partlayış bütün atmosferə qlobal təsir göstərir”

15 Yanvar 2014, 14:14

“Günəşdəki partlayışın təsirindən müəyyən dəyişikliklər baş verəcək. Belə ki, maqnit sahəsinin intensivliyi, atmosferə düşəcək proton selinin miqdarı artacaq. Yer kürəsinin ətrafına gələn günəş şüalarının, kosmos və kosmik şüaların intensivliyinin yüksələcəyi gözlənilir”. Bunu Modern.az saytına kimya elmləri doktoru, professor Adil Qəribov deyib.

Onun sözlərinə görə, Günəşdəki partlayış müəyyən miqdarda bütün atmosferə qlobal təsir göstərir: “Lokal təsiri olmur. Düşünürəm ki, qorxulu bir şey yoxdur. Çünki qlobal proseslərə bütün sistemlər artıq öyrəşib. Müəyyən ampluada hər zaman təkrar olunan hadisədir. Ona görə də inanmıram ki, Azərbaycan hansısa xüsusi təsirə məruz qalsın. Təsir yalnız qlobal effekt verəcək. Günəş sistemində ölkəmiz nöqtə böyüklüyündədir.”

Adil Qəribov deyib ki, baş verən partlayışdan sonra Rusiyada onun parçalarının yerə düşməsi yalandır: “Onlar adi metoritlərdir. Günəşdən heç bir şey qopub yerə düşə bilməz. Ola bilər ki, meteorit yağışı olsun, o başqa şeydir. Onlar bütün planetlərdən qopan hissəciklərdir, günəşlə əlaqəli bir şey deyil. Meteorit yağışı bəzi yerlərdə müəyyən vaxtlarda müşahidə edilir, lakin respublikamız üçün səciyyəvi hal deyil. Bu, yalnız meteohəssas insanların səhhətinə mənfi təsir göstərir, başqa təhlükəsi yoxdur.”

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!