Modern.az

Bakıda qardaş qardaşı öldürüb

Bakıda qardaş qardaşı öldürüb

15 Yanvar 2014, 17:46

Bu gün səhər saat 09:30 radələrində Bakının Nərimanov rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib. Nərimanov Rayon Polis İdarəsi 18-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Şahin Mustafayev 34 ünvanında həyət evində qardaş qardaşını amansızcasına qətlə yetirib.

Hadisə “Montin bazarı”nın yaxınlığında baş verib. 1964-cü il təvəllüdlü Zahir Əsəd oğlu Əsədov qardaşı 1961-ci il təvəllüdlü Vahid Əsədovun başa dəmir parçası ilə vurub. Zərbənin təsirindən Vahid Əsədov hadisə yerində ölüb. Qardaşını öldürən Zahir əməli barədə polisə özü məlumat verib. Qardaş qatili saxlanılıb. İlkin məlumata görə, dəhşətli qətl qardaşlar arasında yaranan ailədaxili münaqişə nəticəsində yaranıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB