Modern.az

Mirşahin 7 saytı məhkəməyə verdi - SİYAHI

Mirşahin 7 saytı məhkəməyə verdi - SİYAHI

15 Yanvar 2014, 18:36

ANS Müstəqil Yayım və Media Şirkətinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaymış bir sıra sayt və portallar bu gün məhkəməyə verilib.

ANS MYMŞ-nın Hüquq Departamentindən ANS PRESS-ə verilən məlumata görə, həqiqətə uyğun olmayan məlumatlar yaydıqlarına görə, məhkəmədə cavab verəcək portallar aşağıdakılardır: aznews.az, ınterpress.az, azvision.az, demokratiya.info, axar.az, publika.az, presspost.az.

"Bu portalların qərəzli və əsassız məlumatları əsasında ANS-in işgüzar nüfuzuna maddi və mənəvi ziyan dəyib. Adları çəkilən portallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qarşısında cavab verəcəklər"-deyə ANS Müstəqil Yayım və Media Şirkəti bəyan edib.

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev bu gün səhər bildirmişdi ki, ANS Şirkətlər Qrupu telekanalın satılması və telekanalda aparılan ixtisarlar barədə həqiqətə uyğun olmayan məlumatlar yaymış mətbu orqanları məhkəməyə verəcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB