Modern.az

Bakıda intihar – özünü 5-ci mərtəbədən atıb

Bakıda intihar – özünü 5-ci mərtəbədən atıb

15 Yanvar 2014, 22:50

Fövqəladə Hallar Nazirliyi Bakıda baş vermiş intihar hadisəsi barədə məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda bir nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs  intihar etmək məqsədilə özünü çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanından aşağı atıb və həmin binanın 2-ci mərtəbəsinin eyvanının damına düşüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi aşağı endirərək hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!