Modern.az

Bakı məktəblisi maksimum bal topladı: Hədəfim 700-dür!

Bakı məktəblisi maksimum bal topladı: Hədəfim 700-dür!

Təhsil

10 Aprel 2025, 17:17

Martın 2-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb. İmtahanda 23 nəfər maksimum - 300 bal toplayıb. Ən yüksək bal toplayanlardan 13 nəfəri Bakı məktəblisidir.

300 bal toplayan şagirdlərdən biri 192 nömrəli məktəbin şagirdi Ülkər Ələkbərovadır.

Modern.az Ülkərlə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında 300 bal yığmasının onun üçün də sürpriz olduğunu bildirib:

“Mən 300 bal toplamayacağımı gözləmirdim. Riyaziyyatda biraz çətinlik yaşadım. Lakin suallar çətin deyildi, orta səviyyəliydi. Yəni oxuyan yaza bilərdi. Əlavə bir şey olmayacaq. Hazırlıqlara gedirəm. Blok imtahanında da maksimum bal toplayaraq, ümumilikdə 700 balla univerisitetə girmək istəyirəm”.

Ü.Abdullayeva III kursa hazırlaşdığını və hüquqşünaslıq üzrə təhsil almağı planlaşdırdığını deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular