Modern.az

Magistr imtahanlarına qeydiyyat başa çatdı - 20 542 nəfər...

Magistr imtahanlarına qeydiyyat başa çatdı - 20 542 nəfər...

Təhsil

15 Aprel 2025, 16:26

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Məlumata əsasən, 20 542 bakalavr ərizəsini təsdiq edib. Bunlardan 19 053-ü Azərbaycan bölməsi, 1 489-u isə rus bölməsinin bakalavrlarıdır.

Yaxın günlərdə “İmtahana buraxılış vərəqəsi” təqdim olunacaq.

Qeyd edək ki, imtahan mayın 11-də keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü