Modern.az

Bu universitetdə dövlət imtahanı LƏĞV EDİLDİ

Bu universitetdə dövlət imtahanı LƏĞV EDİLDİ

Təhsil

16 Aprel 2025, 20:09

Bu il Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə, Stomatologiya və Əczaçılıq fakültələri üzrə buraxılış sessiyasında Dövlət Buraxılış İmtahanları olmayacaq.

 

Modern.az xəbər verir ki, gələn ildən etibarən Müalicə-profilaktika fakültəsinin tələbələri də adıçəkilən imtahanları verməyəcəklər:

 

Bütün fakültələrdə yeni formatda buraxılış imtahanları keçiriləcək. Yəni tələbələr bilet çəkib, sual-cavabla imtahanlarını verəcəklər.

 

Nəzərdə tutulmuş 100 ballıq sistemin 50-si OSKİ, 50-si isə şifahi imtahanlar hesabına toplanacaq. Şifahi imtahan isə 2 mərhələdən – nəzəri və praktik hissədən ibarət olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi