Modern.az

MİQ imtahanında iştirak edəcək şəxslərin nəzərinə!

MİQ imtahanında iştirak edəcək şəxslərin nəzərinə!

Təhsil

11 İyun 2025, 22:40

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə keçiriləcək test imtahanı mərhələsində “Xarici dil” (Alman dili) ixtisası üzrə iştirak edəcək namizədlərə ümumilikdə 40 sual təqdim ediləcək.

Modern.az bu barədə Təhsil İnstitutunun təqdim etdiyi “Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” sənədinə əsasən xəbər verir.

Bildirilir ki, namizədlər oxuyub-anlama üzrə 15, leksikologiyadan 8, dil qaydaları üzrə isə 17 suala cavab verməlidirlər.

Məzmun sahələri üzrə mövzular

1. Oxuyub-anlama
•    Cümlə, dialoq və ya mətn qurmaq
•    Cümləni, dialoqu və ya mətni məntiqi sonluqla tamamlamaq
•    Cümləni parafraz etmək
•    Mətnin əsas fikrini, ideyasını tapmaq
•    Mətn əsasında ən uyğun nəticəni seçmək, səbəb-nəticə əlaqəsini müəyyən etmək
•    Mətni sürətli gözdən keçirib, spesifik məlumatı tapmaq
•    Mətndə müəyyən bir fikrin verilib-verilməməsini təyin etmək və ya mətnə aid olmayan fikirləri tapmaq
•    Mətnin məzmununa uyğun düzgün başlığı seçə bilmək, yaxud başlığa uyğun düzgün mətn seçmək

2. Leksikologiya
•    Sinonimləri, antonimləri, frazeoloji ifadələri, idiomları və atalar sözlərini mənasına uyğun olaraq düzgün müəyyən etmək və ya cümlədə istifadə etmək
•    Verilmiş vəziyyət üçün düzgün sözü və ya ifadəni istifadə etmək
•    Kontekstdən sözü anlamaq və mənasını müəyyən etmək
•    Sözləri mənalarına görə fərqləndirmək və ya uyğunlaşdırmaq

3. Dil qaydaları
3.1. Morfologiya
•    Artikl: müəyyən və qeyri-müəyyən artikllar; isimlərin artiklsız işlənməsi
•    İsim: mürəkkəb isimlər; isimlərin hallanması; isimlərin cəmlənməsi
•    Sifət: sifətlərin hallanması; sifətlərin isimləşməsi; sifətin dərəcələri; sifətin idarəsi
•    Əvəzlik: əvəzlik və mənaca növləri
•    Sözönü: sözönləri və mənaca növləri
•    Say: sayların mənaca növləri; sayların isim kimi işlənə bilməsi
•    Feil: feilin leksik və qrammatik məna növləri və formaları; məsdər qrupları
•    Zərf: əvəzlik zərfləri; zərflərin növləri
•    Bağlayıcı: tabesizlik bağlayıcılar; tabelilik bağlayıcılar; mürəkkəb bağlayıcılar

3.2. Sintaksis
•    Cümlə: sadə və mürəkkəb cümlələr (tabeli-tabesiz)
•    Cümlə üzvləri: cümlənin baş və ikinci dərəcəli üzvləri
•    Vasitəsiz nitq, vasitəli nitq
•    Cümlə və onun növləri
•    Budaq cümlə və növləri

Sənəddə qeyd olunur ki, test mərhələsində bütün fənlər üzrə, o cümlədən metodika və pedaqogika sahəsində namizədlərin bilik və bacarıqları həm nəzəri, həm də praktik baxımdan yoxlanılır.

Tədris dilləri (Azərbaycan və rus), xarici dillər (ingilis, fransız, rus, alman) və Azərbaycan dili (dövlət dili) fənləri üzrə oxuyub-anlama bacarığının qarşısında qeyd edilən say mətnlərin miqdarını deyil, sualların miqdarını əks etdirir.

Əlavə olaraq vurğulanır ki, mövzular müəyyən edilərkən ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad edilib və təqdim olunan mövzulara xüsusi diqqət yetirilməsi tövsiyə olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum