Ənənəvi olaraq I və III ixtisas qruplarına maraq daha çoxdur. IV qrupda isə bu kütləvilik müşahidə olunmur.
Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, ən bilikli şagirdlər əsasən dördüncü ixtisas qrupunu seçirlər:
“Onlar öz biliklərinə güvəndikləri üçün daha çox tibb ixtisaslarına üz tuturlar. Qalan abituriyentlər isə daha çox qəbul şansı olan qruplara yönəlirlər. İxtisas seçimini biliyə görə yox, sadəcə ali məktəbə qəbul olmaq məqsədilə edirlər”.