Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi vəfat edib.
Modern.az xəbər verir ki, universitetin “Rus İqtisad Məktəbi”nin I kurs tələbəsi 2006-cı il təvəllüdlü Elmir Musayev iyulun 18-də qəflətən dünyasını dəyişib.
Onun qan laxtalanmasından həyatını itirdiyi bildirilir.