UNEC-in Dərbənd filialında təhsil alan 73 tələbənin diplomları verilib.
Azərbaycan İqtisadiyyatı Universitetindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Dərbənd filialının bütün məzunlarına diplomlar təqdim olunub. Filialı fərqlənmə ilə bitirən olmayıb.
Qeyd edək ki, filialda 3 ixtisas üzrə təhsil aparılır. Bura Maliyyə-kredit, Mühasibat uçotu, təhlil və audit, Ümumi iqtisadiyyat ixtisasları daxildir.