Modern.az

Magistraturaya plan yeri 79.81 faiz dolub

Magistraturaya plan yeri 79.81 faiz dolub

Təhsil

24 İyul 2025, 13:04

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15555 bakalavrdan 13446 nəfəri magistraturaya qəbul olub.

Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, qəbul olanlardan 5798 nəfəri dövlət sifarişi, 7648 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq. 9790 nəfər ali təhsil müəssisələrinin cari, 3656 nəfər isə əvvəlki illərin məzunudur.

Nəticələrə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 16848 plan yerinin 79.81 faizi dolub.

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış