Modern.az

700 bal toplayan şagirdlər - Sona və Orxanın FOTOLARI

700 bal toplayan şagirdlər - Sona və Orxanın FOTOLARI

Təhsil

24 İyul 2025, 22:09

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə ikinci cəhd imtahanlarının nəticələrini açıqlayıb.

Modern.az xəbər verir ki, IV qrupdan iki nəfər 700 bal toplayıb.

Belə ki, Nurməmmədli Sona Məhəmməd qızı Abdulsəmədli Orxan Fəxri oğlu hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentlərdir.

Sona Bakı şəhəri 272 nömrəli tam orta məktəbin şagirdidir. O, Azərbaycan Tibb Universitetini seçmək fikrində olduğunu deyib.

Şəki rayon Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi olan Orxan da Azərbaycan Tibb Universitetində oxuma niyyətindədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış