Modern.az

Tarix dərsliklərində Zəngəzur dəhlizindən BƏHS EDİLƏCƏK - RƏSMİ

Tarix dərsliklərində Zəngəzur dəhlizindən BƏHS EDİLƏCƏK - RƏSMİ

Təhsil

12 Avqust 2025, 14:30

“Zəngəzur dəhlizi Azərbaycanın mühüm tarixi hadisəsi sırasında olduğundan yaş səviyyəsi və tarixi dövr əhatə olunan sinif üzrə tarix (“Zəfər tarixi 9”, “Azərbaycan tarixi 11”) dərsliklərində əks olunub”.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, ən yeni tarixin təhsilalanlara təqdim edilməsi baxımından növbəti illərdə hazırlanacaq və ya təkmilləşdiriləcək aidiyyəti dərsliklərdə son dövrləri əhatə edən mühüm məsələlər, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı əlavə məlumatlar yer alacaq.

Əlavə olaraq qeyd edilib ki, ümumi təhsil pilləsi üçün hazırlanmış dərsliklərdəki materialların təlimə uyğun həyata keçirilməsi üçün metodik tövsiyələri də özündə ehtiva edən dərsliklərlə komplekt təşkil edən müəllimlər üçün metodik vəsaitlər hazırlanır. Dərslikdə yer alan mövzuların effektiv tədrisi ilə bağlı tövsiyələr həmin vəsaitlərdə əks olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza