Modern.az

BMU məzunu təhsilini Vorvik Universitetində davam etdirəcək 

BMU məzunu təhsilini Vorvik Universitetində davam etdirəcək 

Təhsil

14 Avqust 2025, 17:19

Bakı Mühəndislik Universitetinin (BMU) informasiya texnologiyaları ixtisasının 2025-ci il üzrə məzunu Nihad Məmmədov tam dövlət təqaüdü ilə dünyanın nüfuzlu ali məktəblərində təhsilini davam etdirmək hüququ qazanıb.

Universitetdən Modern.az-a bildirilib ki, o, həm “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”, həm də Macarıstan Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış ikitərəfli saziş əsasında həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramının (HTP) qalibi olub.

BMU məzunu 7 universitetdən - Böyük Britaniyanın Varvik, Bristol, Qlaszqo, Şeffield universitetlərindən, London Kraliça Meri Universiteti, Litva Respublikasının Kaunas Texnologiya Universiteti və Macarıstanın Eotvos Lorand Universitetindən (ELTE) qəbul alıb.

Nihadın son seçimi Vorvik Universiteti olub və o, magistratura səviyyəsində təhsilini “Data Analytics” ixtisasında davam etdirəcək.

Qeyd edək ki, Nihad Məmmədov BMU-nu yüksək göstərici ilə (ortalama 90 bal) bitirib, IELTS imtahanında 8 bal toplayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu