“Rabitə və İnformasiya nazirliyinə heç bir internet provayder qiymətlərin aşağı salınması ilə bağlı müraciət etməyib. Nazirlik olaraq biz özümüz onları cəlb edirik. İnternet qiymətlərinin formalaşmasında istifadə olunan faktorların müəyyənləşdirilməsi, qiymətlərin aşağı salınması ilə bağlı işlər gedir”.
Bunu Modern.az saytına açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin əməkdaşı Kamal Məmmədov dedi.
“ADSL zəmanətli internet deyil”
Nazirlik əməkdaşının sözlərinə görə, Azərbaycanda internet xidmətlərinin inkişı ilə bağlı 2013-2015-ci illəri əhatə edən bir layihə var. “Həmin layihə icra olunmaqdadır. Bakıda hər evə 100 meqabit, regoinlarda isə 10-30 meqabit optik internetin verilməsi nəzərdə tutulur. ADSL keçid texnologiyadır. İnfrastruktur imkan verməlidir ki, hər bir ucqar kənd belə optik internet ala bilsin”. K.Məmmədov bildirdi ki, ADSL telefon xətti üzərindən gedən internetdir. Yəni assimmetrik kanal olsa da aploud surəti yuxarı deyil. Dünyanın heç bir yerində ADSL zəmanətli internet deyil. Xəttdə qırıq ola bilər, xəttin üzərinə yağış yağa bilər. “Optik internet provayderin avadanlığından abonentin evinə birbaşa çəkilmiş internet kabeldir. O artıq digər parametrlərdən asılı deyil. 5 meqabitin 5, 100 meqabitin 100-ə bərabər olur. Yəni neçə meqbit surət verilirsə, abonent onu da alır.
Əvvəl DAİLUP vardı, indi ADSL, növbə Optik internetindir”.
“Optik internetin zamanıdır”
K.Məmmədov bildirdi ki, “Rəqəmli inkişaf üzrə komissiya”nın 2015-ci il üçün hədəfləri var. “2015-ci il üçün hədəflərinə əasaən internet xidmətlərinə sərf olunan xərc orta aylıq əmək haqqının 5 faizini keçməməlidir. Bu “Beynəlxalq Telekommunikasiya İttifaqı”nın tələbidir. Azərbaycan 2012-ci il üçün bu göstəriciləri 2 dəfə qabaqlayır. Ama bu sərhəd deyil. Biz daha da inkişaf etməliyik. Bizdə orta aylıq əmək haqqının 2-2.5 fazini internet xərcləri təşkil edir. Hətta bizdə 15 manata 8 meqabit internet verə bilən provayderlər var. Dünənə qədər 256 kilobit internet alan insan 3 meqabit ADSL internet alanda çox gözəl qarşılandı. Ama indi insanlar 3 yox 30 meaqabit internet istəyir. Bunun üçün texnologiya dəyişimi olmalıdır. Optik internetin zamanıdır. Artıq Bakıda özəl provayderlər tərəfindən Optik şəbəkə qurulub. Onlarda yüksək surətdir. 5-10 meqabit Optik interneti 15 manta ala bilir”. Bu gün internet insanların həyat tərzinin ayrılmaz bir hissəsinə çevrilib. İnternetə hətta hava, su qədər tələbat var. Artıq ucqar kəndlərdə belə yaşayan insanlar internetdən istifadə etmək istəyir. Çünki, müəyyən ödənişlərin həyata keçirilməsi, lazımi məlumatların alınmasında internetin rolu əvəzsizdir.
Gülşən Raufqızı