Modern.az

Tələbə adını qazananların nəzərinə! - Qeydiyyat başlayır

Tələbə adını qazananların nəzərinə! - Qeydiyyat başlayır

Təhsil

28 Avqust 2025, 10:18

Bu gün saat 11:00-dan Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsinə qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır.

Modern.az xəbər verir ki, bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən məlumat verilib. Qeydiyyat prosesi 8 sentyabr saat 18:00-dək davam edəcək.

Abituriyentlər portal.edu.az platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan abituriyentlər tələbələr sırasına qəbul edilməyəcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır