2024–2025-ci tədris ilində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksini bitirən 41 məzunun hər biri yüksək ballarla ali məktəblərə qəbul olunub. Bu uğur kompleksin tarixinə ardıcıl 15-ci dəfə 100 faizlik qəbul göstəricisi kimi yazılıb.
Modern.az xəbər verir ki, məzunlar qəhrəmanın adını daşıyan təhsil ocağının mübariz ənənəsinə sadiq qalaraq, 2025-ci ildə də əldə etdikləri nailiyyətlərlə həm öz adlarını, həm də kompleksin adını daha da ucaldıblar.
Kompleksin fəaliyyətə başladığı gündən indiyədək, ümumilikdə, 360 məzun olub. Onların hər biri ölkə daxilində və xaricdə nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunaraq, uğur ənənəsini davam etdirib.