Modern.az

Səsyazısına görə işdən çıxarılan direktorun yerinə TƏYİNAT

Səsyazısına görə işdən çıxarılan direktorun yerinə TƏYİNAT

Təhsil

4 Sentyabr 2025, 17:33

Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbə yeni rəhbər təyin olunub.

Moderen.az xəbər verir ki, bu vəzifəyə Tutu Hüseynovaya həvalə edilib.

O, bu təyinatadək Gəncə şəhər 32 nömrəli tam orta məktəbin direktoru olub.

Qeyd edək ki, 1 nömrəli tam orta məktəbin keçmiş direktoru Gülbəniz Bayramova bu ilin mart ayında işində verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Onunla bağlı yayılan səs yazısında məktəbdə fond pulu, təmizlik pulu, summativ pulu, xadimə pulu və sair adlar altında vəsait yığıldığı iddia edilirdi.

G.Bayramova ötən il sözügedən məktəbə direktor təyin olunub. Ona bir müddət öncə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən şiddətli töhmət və sonuncu xəbərdarlıq verilmişdi.

Fotoda Gülbəniz Bayramova 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular