Modern.az

21485 abituryent “Elektron ərizə”sini təsdiq edib

21485  abituryent  “Elektron ərizə”sini təsdiq edib

Təhsil

10 Aprel 2014, 11:29

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  2014-2015-ci  tədris ili üçün ali təhsil müəssiələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu aprel ayının 1-də başlıyıb, 30-da başa çatacaq. Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) mətbuat xidmətindən Modern.az-a bildirilib ki, aprel ayının 10-nu saat 11-ə olan statistik məlumatlara əsasən, 21485 abituryent “Elektron ərizə”sini doldurub və təsdiq etdirib (//eservices.tqdk.gov.az/erizebak/PageParol.aspx ).

Qeyd edək ki, Azərbaycanın ümumi təhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə 2014-cü ildə bitirənlər, ümumi təhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə 2012-ci və 2013-cü illərdə bitirən qız abituriyentlər, ilk-peşə ixtisas təhsili müəssisələrini 2013-cü və 2014-cü illərdə bitirən qız abituriyentlər, 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər elektron ərizələrini aprelin 1-dən 30-dək Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsinə daxil olub özləri təsdiq etməlidirlər.

Bu kateqoriyalara aid olmayan abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə aprelin 7-dən 30-dək müvafiq SQK-larda təsdiq etdirməlidirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.

Ərizə qəbulu ilə bağlı daha ətraflı məlumatlar 2 saylı “Abituriyent” jurnalında təqdim olunub. Jurnalı satışdan əldə etmək və ya abituriyent.az saytından sifariş etmək mümkündür.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı