Modern.az

Fuad Muradov Badamdar və Bayılda seçicilərlə görüşlərini davam etdirir - FOTO

Fuad Muradov Badamdar və Bayılda seçicilərlə görüşlərini davam etdirir - FOTO

17 Aprel 2014, 11:28

Milli Məclisin deputatı Fuad Muradov Səbail rayonunun seçiciləri ilə görüşlərini davam etdirir. Modern.az xəbər verir ki,  millət vəkili bu dəfə Badamdar qəsəbəsinin Tofiq Məmmədov, Bayıl qəsəbəsinin Elşən İsmayılov, Xanlar və 8-ci Bayıl küçəsinin sakinləri ilə görüşüb.

Deputat bu ərazilərdəki vəziyyətlə tanış olub. Millət vəkili ilə söhbət zamanı seçicilər bir sıra məişət kommunal xarakterli məsələlərin həllinə yardım üçün müraciət ediblər. T.Məmmədov küçəsinin sakinləri F.Muradovdan binanın həyətində uşaq meydançasının yaradılmasını təklif edib və bununla bağlı müraciət etməyi xahiş ediblər. Badamdarda  və Bayılda aparılan  quruculuq işlərinin burada yaşayan sakinlərin həyatında  dəyişikliklər yaratdığını deyən F.Muradov bütün aparılan işlərin prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar sisteminin tərkib hissəsi olduğunu vurğulayıb. Deputat seçicilər tərəfindən qaldırılan ayrı-ayrı  təkliflərin həlli ilə bağlı müvafiq orqanlara müraciət edəcəyini bildirib.  

 

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI