Modern.az

Nizami Cəfərov: “Yaradıcılıq təşkilatlarının maliyyələşməsi yönündə məsləhətləşmələr gedir”

Nizami Cəfərov: “Yaradıcılıq təşkilatlarının maliyyələşməsi yönündə məsləhətləşmələr gedir”

18 Sentyabr 2014, 17:36


“Yaradıcılıq ittifaqlarının dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi ilkin müzakirədən keçirlib, ikinci oxunuş üçün məsləhətləşmələr aparılacaq“. Bunu Modern.az-a Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. “Sözügedən təşkilatların maliyyələşməsi ciddi məsələdir.

Bu qurumlara alternativ olanların dövlət tərəfindən maliyyələşməsi haqda söhbət gedə bilməz. Amma başqa, yaradıcı qurumlar da yarana bilər. Əsas problemlərdən biri isə yeni yaranacaq  təşkilatların maliyyələşdirilməsində yarana biləcək maliyyə problemləridir. Dünyada da elə ilk vaxtdan doğulan yaradıcılıq ittifaqlarının maliyyələşməsi təcrübəsi yoxdur”.  

Komitə sədri vurğulayıb ki, bu il komitənin ilk növbədə qarşıya qoyduğu məqsədlərdən biri də yaradıcılıq ittifaqlarının maliyyələşmə məsələsidir. “Problem daim gündəmdə olacaq və müzakirə davam edəcək”.  

Məltəm Talıbzadə      

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı