Modern.az

Bakı Sirki İran mediasının xəbərini təkzib etdi: “O artistlər özfəaliyyətlə məşğuldurlar”

Bakı Sirki İran mediasının xəbərini təkzib etdi: “O artistlər özfəaliyyətlə məşğuldurlar”

23 Sentyabr 2014, 11:46


“Bakı Dövlət Sirkinin nümayəndələri Azərbaycanın heç bir bölgəsində, o cümlədən də hər hansı xarici ölkədə rəsmi səfərdə deyil. Bir neçə gün öncə İranda çıxış etmiş sirk artistlərinin Bakı Dövlət Sirkinə heç bir aidiyyatı yoxdur”.

Bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov İran saytlarında Bakıdan gəlmiş sirk ustalarının çıxışına dair yayılan xəbərə münasibət bildirərkən deyib.

“Qastrol səfərimiz olanda ictimaiyəti bu barədə məlumatlandırırıq. Özfəaliyyət səviyyəsində artsitlər sirkin adından istifadə edərək ayrı-ayrı yerlərdə çıxış edirlər, bu yolverilməzdir. Bir daha vurğulamaq istəyirəm ki, informasiya yalnışdır”.

Qeyd edək ki, Modern.az İran mətbuatın istinadən informasiya yaymışdı. İran KİV-lərinin xəbərində Bakı Dövlət Sirkinin İranın Sari şəhərində qastrol səfərində olduğu və əyləncəli şouya xeyli sayda tamaşaçı gəldiyi bildirilirdi.



Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!