Modern.az

Türkiyədə yol qəzasında 3 azərbaycanlı tələbə ölüb, biri isə yaralanıb

Türkiyədə yol qəzasında 3 azərbaycanlı tələbə ölüb, biri isə yaralanıb

26 Sentyabr 2014, 11:53

Türkiyədə 3 azərbaycanlı tələbə avtomobil qəzasında ölüb.

Türkiyə mətbuatının yaydığı məlumata görə, hadisə Uşak şəhərində baş verib. Ölənlərin Uşak Universitetinin Maliyyə fakültəsinin 2-ci kurs tələbəsi Ülvi Sərdarov, İdarəetmə fakültəsinin 2-ci kurs tələbəsi Elvin Bəhramlı və digər tələbə Anar Musayev olduğu bildirilir.

Məlumata görə, azərbaycanlı tələbə Əli Kərimlinin idarə etdiyi avtomobil İzmir-Ankara yolunda dirəyə çırpılıb və daha sonra başqa avtomobillə toqquşub.

Ülvi Sərdarov və Elvin Bəhramlı hadisə yerində, Anar Musayev isə xəstəxanada dünyasını dəyişib.  Qəzada xəsarət alanlar da olub, onlardan birinin azərbaycanlı  tələbə Mayis Həsənov olduğu açıqlanıb.(Apa)

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!