1. Kişilər qadınlardan daha təcavüzkar olub fiziki güc istifadə etməyə daha meyllidirlər. Bunun müqabilində qadınlar sözlərlə hücum edər və döyüşərlər.
2. Kişilərin sızanaq problemi daha çox olur. Bu da daha çox testosteron hormonundan qaynaqlanmaqdadır. Bu hormon dəridəki məsamələrin tıxanmasına, bu səbəbdən də sızanağa səbəb olar.3. AİDS xəstələrinin 75 faizi kişi, 25 faizi isə qadındır. Qadınların daha az AİDS-ə tutulmasının səbəbi xəstəliyi daşıyan X xromosomunun sayının iki olmasıdır. Beləcə, bir xromosom xəstəlik götürüb aparsa belə, digəri ona güc gələ bilər.
4. Qadınlar yüksək səslə danışmağı və səsli düşünməyi sevir, kişilərsə hər ikisini də içindən etməyi seçir. Buna görə qadınlar kişiləri “duyğusuz eqoist varlıqlar” olaraq görərkən, kişilər də qadınları “davamlı baş ütüləyən baş bəlaları” olaraq görür.
5. Kişilərin bədən qoxusu qadınlardan çox daha güclüdür.
6. Qadınlar klimaks dövründə qızdırma, yuxusuzluq, kökəlmə, gecə tərləmələri kimi əlamətlər yaşayarlar. Kişilər andropoz deyilən yaş dövründə demək olar ki, heç bir fiziki əlamət yaşamazlar.
7. Müvəffəqiyyətli bir kişi həyat yoldaşının xərcləyə biləcəyindən çox pul qazanan kişidir. Müvəffəqiyyətli bir qadın belə bir kişini tapa bilən qadındır.
8. Qadınların eşitmə və qoxu duyğuları daha güclüdür. Kişilər isə işığa qarşı daha həssasdır. Kişi gözü detalları daha yaxşı seçər.
9. Kişilər həyatları boyunca qadınlardan orta hesabla 40 gün daha az xəstələnərlər.
10. Kişilərin ağciyərləri qadınlara nisbətən 50 faiz daha geniş həcmə malikdir.
11. Kişilər qadınlardan daha sürətli yaşlanarlar. 55 yaşındakı bir qadın fiziki gücünün 90 faizinə sahib olur. Halbuki eyni yaşdakı bir kişi gücünün yalnız 70 faizini istifadə edə bilir. Kişilərin ortalama ömrü 71,5 il, qadınlarda isə 78 ildir.
12. Qırtlaqdakı adəm almazı adlı çıxıntı yalnız kişilərə məxsusdur.
13. Kişilərin qadınlarla əlaqədar ən şikayət etdikləri şey: Qadınların onları dəyişdirməyə çalışması. Qadınların kişilərlə əlaqədar ən şikayət etdikləri şey: Kişilərin onları dinləməməsi.
14. Qadınlar kişilərdən 3 qat çox baş ağrısı çəkirlər.
15. Kişi yorulduğu üçün evlənər. Qadın isə maraqlı olduğu üçün. İkisi də təəssüf hissi yaşayar, məyusluğa uğrayar.
16. Kişilər səhər oyandıqları vaxtdan axşam yatağa girdikləri ana qədər yaxşı görünüşdə qalırlar. Qadınlar isə hər necəsə gecə boyunca çirkinləşirlər.
17. Bir qadın kişi ilə onun dəyişəcəyini ümid edərək evlənər, amma o dəyişməz. Bir kişi isə bir qadınla onun dəyişməyəcəyini ümid edərək evlənər, amma o dəyişər.
18. Evli kişilər subaylardan daha uzun yaşayarlar, ancaq evli kişilər ölümü daha çox arzulayarlar.
19. Qadınlar ünsiyyət qurmaq üçün gündə 20 min söz, mimika və jest istifadə edərkən, bu ədəd kişilərdə yalnız 7 mindir.
Ulduz İbrahimova