Modern.az

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistanın hərbi vertolyotu məhv edilib" - YENİLƏNİB

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistanın hərbi vertolyotu məhv edilib" - YENİLƏNİB

Təhsil

12 Noyabr 2014, 16:19


Erməni tərəfi hərbi vertolyotunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulduğunu təsdiqləyib. Modern.az saytı xəbər verir ki, Ermənistan mediasında yayılan xəbərdə  hərbi vertolyotun Dağlıq Qarabağdakı separatçı rejimə məxsus olduğu bildirilib.

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan separatçı “Dağlıq Qarabağ Respublikası"nın qondarma "Müdafiə Nazirliyi” bu gün saat 13:45-də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Şərq istiqamətində hərbi vertolyotun vurulduğunu bildirib.

Modern.az Ermənistan mətbuatına isitnadən xəbər verir ki, “Mİ-24” vertolyotu təlim uçuşu həyata keçirərkən Azərbaycan tərəfdən açılan atəşlə vurulub. Məlumatda qeyd edilir ki, təlim vertolyotu cəbhə xəttinin yaxınlığında yerə düşdüyü üçün onun şəxsi heyətini ərazidən çıxarmaq mümkün olmayıb.

***

Azərbaycan Müdafiə Nazirliyi ermənilərə məxsus hərbi vertolyotun vurulduğunu təsdiqləyib. Modern.az saytı xəbər verir ki, nazirliyin bununla bağlı açıqlamasında deyilir:

“Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər.
Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.
Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib.
Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!