Kolumbiyalı məşhur yazıçı Qabriel Qarsiya Markezin adını daşıyan ədəbi mükafatın ilk qalibi argentinalı yazıçı Giyermo Martines olub.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, mükafatın təqdimatı Kolumbiyanın paytaxtı Boqotada baş tutub. Prezident Xuan Manuel Santos da mükafatın təqdimlounma mərasimində iştirak edib və mükafatın önəmnidən danışaraq bunu tarixdəki ən böyük yazıçının layiqli anımı adlandırıb.
“Qabriel Markes” mükafatının laureatı Giyermo Martines bu mükafatı “İyrənc xoşbəxtlik” hekayələr toplusuna görə alıb. “Siz hər il yeni adlarla zənginləşəcək XXI əsr latın amerikalıı yazıçıların ilkisiniz”, - deyə Kolumbiya prezidenti ona müraciətində deyib. “Qabriel Markez” mükafatının populyarlaşması üçün bundan sonra başqa ədəbi janrlarda da mükafatlandırma mərasimlərinin keçirilməsi nəzərdə tutulub.Modern.az