Modern.az

Emin Ağalarov öz yubileyində Bakıda konsert verəcək

Emin Ağalarov öz yubileyində Bakıda konsert verəcək

26 Noyabr 2014, 12:26


Musiqiçi və müğənni Emin Ağalarov 35 illik yubileyini Moskvanın Crocus City Hall sarayında 2 möhtəşəm konsert proqramı ilə qeyd edəcək. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, öncə konsertin yalnız dekabrın 11-də keçirilməsi nəzərdə tutulsa da, biletlərin qısa müddətdə alınmasına görə Ağalarov dekabrın 10-da əlavə konsert verəcək.

Konsert zamanı Emin Ağalarov həm də ikinci rusdilli albomunu təqdim edəcək. Tədbirdə Feliks Aranovskinin başçılıq etdiyi orkestr, Qriqori Leps, Ani Lorak, Svetlana Loboda, İrina Dubstova, Charly Williams və A`Studio qrupu da iştirak edəcək. Dekabrın 10-dakı  konsertində Stas Mixaylov və Soso Pavliaşvili, bir gün sonra isə İqor Krutoy xüsusi qonaq kimi iştirak edəcək. Bütün qonaqları Eminlə duet ifa edəcəklər.

Emin Ağalarovun qış konsert turu dekabrın 4-də Bakıda (Cyrstal Hall) başlayacaq. Dekabrın 10 və 11-də Moskvanın Cricus City Hall sarayında konser verəcək müğənni dekabrın 20-də Sankt-Peterburqun “Oktyabrski” sarayında verəcəyi konsertlə öz yubiley turunu yekunlaşdıracaq.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI