Modern.az

DAK-ın qurultayı yazda keçiriləcək

DAK-ın qurultayı yazda keçiriləcək

5 Yanvar 2015, 16:00


Dünya Azərbaycanlıları Konqresinin (DAK) növbəti qurultayı bu ilin yazında keçiriləcək”.

Bunu Modern.az saytına DAK-ın həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat ı Sabir Rüstəmxanlı bildirib. O, qurultayın keçiriləcəyi tarixin və məkanın hazırda dəqiq məlum olmadığını deyib.     Sabir Rüstəmxanlı Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, DAK Məşvərət Məclisinin sədri Mahmudəli Çöhrəqanlının da qurultayda iştirak məsələsinə toxunub.  

Onun sözlərinə görə, Mahmudəli Çöhrəqanlının  DAK-ın qurultayında iştirak etmək  imkanı olsa, tədbirə qatılacaq.   Sabir Rüstəmxanlı sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbəti qurultayının  isə parlament seçkilərindən sonra keçiriləcəyini deyib.  

Məltəm Talıbzadə  

 
Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI