Modern.az

Türkiyədə beynəlxalq kitab sərgisi başlayır

Türkiyədə beynəlxalq kitab sərgisi başlayır

26 Fevral 2015, 15:00

 

İstanbulda beynəlxalq kitab sərgisi öz işinə başlayır. 
İstanbul Expo Mərkəzində Türkiyə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq sərgidə Azərbaycanı “Qanun” Nəşrlər Evi təmsil edəcək. 

Tədbirdə iştirak etmək üçün bu gün Türkiyəyə yola düşən “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Modern.az-a bu tip sərgilərin əhəmiyyətindən danışıb:“İlk dəfədir ki, Türkiyədə bir neçə ay ərzində iki dəfə beynəlxalq kitab sərgi-yarmarkası keçirilir. Belə sərgi-yarmarkaların keçirilməsi dünyada, region ölkələrində kitaba olan marağın daha da artdığını göstərir. Biz də çalışırıq ki, Azərbaycan bu proseslərdə yaxından iştirak etsin. Sağ olsunlar ki, bizə də dəvət göndəriblər, belə böyük sərgidə Azərbaycanı “Qanun” nəşriyyatı ilə təmsil eləməyimiz üçün şərait yaradıblar. Biz “Qanun” nəşriyyatı olaraq sərgiyə müxtəlif nəşrlərlə qatılacağıq, çalışacağıq ki, orada iştirak edən dünyanın nüfuzlu nəşriyyatları, kitabçıları Azərbaycan nəşrləri, kitabları ilə tanış olsunlar”. 

Qeyd edək ki, İstanbul Kitab Sərgi-Yarmarkası sabah başlayacaq və 1 həftə davam edəcək.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi