Modern.az

“Hayat Clinic” Tibb Mərkəzi endirim kampaniyasına başladı

“Hayat Clinic” Tibb Mərkəzi endirim kampaniyasına başladı

27 İyun 2015, 09:43


Əhaliyə yüksək keyfiyyətli xidmətilə seçilən “Hayat Clinic” Tibb Mərkəzi müqəddəs Ramazan ayının başlaması münasibətilə bütün xidmətlərinə bir ay boyunca 30% endirim hədiyyə edir.

Тürkiyənin aparıcı səhiyyə müəssisəsi olan Acıbadem Sağlamlıq Qrupu ilə sıx əməkdaşlıq edən “Hayat Clinic” Tibb Mərkəzi 2015-ci ilin əvvəlindən əhaliyə xidmət göstərir. Ən son nəsil tibbi avadanlıqlara və yüksək səviyyəli həkimlərə malik klinika ambulatoriya kimi fəaliyyət göstərməkdədir. Klinikada hal-hazırda vertebralogiya, nevrologiya, kardiologiya, endokrinologiya, qastroenterologiya, ginekologiya, ümumi terapiya, fizioterapiya, laboratoriya və radiologiya şöbələri mövcuddur.

“Hayat Clinic”  Tibb Mərkəzinin əsas üstünlüyü xəstəliklərin beynəlxalq protokollara əsaslanan dəqiq diaqnostikasını aparması və bunu Türkiyənin Lider Səhiyyə Qrupu olan Acıbadem ilə sıx əməkdaşlıq şəraitində həyata keçirməsidir. Bu prosedurlar ikili nəzarət altında aparılır. Nəticədə diaqnostik səhvlərin ortaya çıxması ehtimalı nəzərəçarpacaq dərəcədə aşağı düşür və klinik diaqnoz düzgün qoyulur.

“Hayat Clinic” Tibb Mərkəzinə müraciət edənlərə profilaktik müayinə olan və ehtimal olunan xəstəliklərin diaqnostikası üçün müxtəlif CHECK UP proqramları təqdim edilir.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə ildə 1 dəfədən az olmayaraq hər bir insan Check-up dediyimiz paket müayinələrindən keçməlidir. Bu kompleks müayinələr müxtəlif xəstəliklərin çox erkən fazada aşkarlanmasına və diaqnostikasına imkan verir.

Check-up proqramlarımız cinsə, yaşa görə müxtəlif formada qruplaşdırılıb. Tibb Mərkəzinə müraciət edənlər hər cür komfortlu şərait və tibb personalının diqqət mərkəzində olması ilə təmin edilir. Klinika müxtəlif xəstəlikləri olan pasiyentlərin müasir müalicə və reabilitasiya (fiziki bərpa terapiyası) keçməsi üçün hər cür şəraitə malikdir. Tətbiq edilən metodlar dünyanın öndə gedən aparıcı mütəxəssisləri tərəfindən formalaşdırılmış və məqbul sayılmışdır.

“Həyat Clinic” Tibb Mərkəzi bir daha Azərbaycan xalqını bu müqəddəs bayram münasibətilə təbrik edir və bundan sonra da müxtəlif güzəştli kampaniyalarla əhalini məmnun etməkdə davam edəcək.

Modern.az          

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı