Modern.az

Dünyanın ən balacaboy adamına "Liliputlar kralı" adı verildi (foto)

Dünyanın ən balacaboy adamına "Liliputlar kralı" adı verildi (foto)

14 Oktyabr 2010, 15:50


Modern.az
xarici mətbuata istinadla xəbər verir ki, Nepalda yaşayan Hagendra Tapa Maqarın adı  dünyanın ən balacaboy adamı kimi Ginnesin Rekordlar kitabına düşüb. 

18 yaşlı Maqarın boyu 67,08 sm-dir. O, doğulanda cəmi 600 qram olub. Dünyanın ən balacaboy adamı hazırda ticarətlə məşğuldur, meyvə-tərəvəz satır. Boş vaxtlarında isə o, rəqs qrupunun tərkibində qastrollara gedir.
 
Buna qədər dünyanın ən balacaboy adamı kolumbiyalı Edvard Nino Ernandes sayılırdı. Onun boyu 70 sm-dir.

Göründüyü kimi, artıq “liliputlar kralı”nın adı dəyişib.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI