Naftalan sanatoriyasında olan aktyor, rejissor Əbdül Mahmudov yaxın günlərdə “İrsimiz” verilişi ilə yenidən ekranlara qayıdır. Bu haqda Modern.az saytına aktyor özü məlumat verib.
Əbdül Mahmudov qeyd edib ki, təklif ANS telekanalının rəhbəri Vahid Mustafayevdən gəlib. O da böyük məmnuniyyətlə təklifi qəbul edib. Veriliş Azərbaycan tarixi, mədəniyyəti və folkloruna həsr ediləcək.
Əbdül Mahmudov onu da bildirib ki, verilişin müəllifi və aparıcılığı ona aid olacaq: “Hər halda, bu barədə müzakirə aparacağıq. İnanıram ki, tamaşaçılar verilişi yenidən ekranlarda görəcəkləri üçün çox sevinəcəklər.
Veriliş əvvəllər AZTV-də dörd dildə yayımlanırdı. İndi də belə olmasını istəyərdim. Çünki indi “özümüz doğub, özümüz göbəyin kəsirik”. Buna son qoymaq vaxtıdır. Ermənilər qapı-qapı kəsib öz təbliğatını aparır, biz isə seyr edirik”.
Gülşən RAUFQIZI