Modern.az

TQDK-dan abituriyentlərə kömək - ixtisas seçiminin qaydası açıqlandı

TQDK-dan abituriyentlərə kömək - ixtisas seçiminin qaydası açıqlandı

12 May 2014, 13:19

Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının 4-cü sayını nəşr edərək abituriyentlərin istifadəsinə verib. Jurnalda bu materiallar əksini tapıb:

– 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elan

– Qabiliyyət İmtahanı Komissiyaları üzrə ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün müsabiqə şərtləri

– “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası

– Qəbul imtahanlarının keçiriləcəyi bölgə (imtahan) mərkəzləri haqqında məlumat

– Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması qaydaları

– 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar

– 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu

– Ali təhsil müəssisəsi ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında nümunəvi fərdi müqavilə

– Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına tələbə qəbulu elanı

– Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu qaydaları (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sifarişi əsasında)

Jurnalı TQDK binasının qarşısındakı abituriyent köşkündən əldə edə və ya abituriyent.az saytından sifariş edə bilərsiniz.

Misranə Həsənzadə

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI