Litvanın Baş naziri İnqa Ruqiniene Azərbaycanda rəsmi səfərdədir.
Baş nazir 9 apreldə Şəhidlər xiyabanını ziyarət edib.
Modern.az xəbər verir ki, Şəhidlər xiyabanını ziyarəti zamanı litvalı baş naziri Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev də müşayiət edib.
Tamerlan Qarayev 1988-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin üzvü, 1990-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri olub.
Tamerlan Qarayev 1991-1993-cü illərdə Milli Məclis sədrinin müavini, daha sonra isə birinci müavini vəzifələrində işləyib.
O, 1993-cü ildən diplomatik xidmətdədir.
1993-cü ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi alan T.Qarayev elə həmin il Çinə diplomatik işə göndərilib. O, 1993-2001-ci illərdə Azərbaycanın Çindəki səfiri olub.
2004-2011-də Hindistanda (eyni zamanda 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nepalda¸ Şri Lankada, Banqladeşdə, Maldiv Respublikasında) səfir işləyib.
2011-2018-ci illərdə Azərbaycan Respublikasının İndoneziyadakı diplomatik korpusuna rəhbərlik edib. 2012-2018-də Azərbaycan Respublikasının Sinqapurda, Filippində, Timor-Leste Demokratik Respublikasındakı səfiri işləyib.
13 dekabr 2018-ci il tarixində Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.



