Arxiv
4 Aprel 2018, 12:33 | ALLAH RƏHMƏT ELƏSİN
Azərbaycanda nazir müavini vəfat etdi  

Azərbaycan səhiyyə nazirinin müavini Abbas Soltan oğlu Vəlibəyov aprelin 8-də 71 yaşında vəfat edib. Onun qəfildən dünyasını dəyişdiyi bildirilir.


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a məlumatı təsdiqləyib.


Abbas Vəlibəyov 1947-ci ildə Bərdə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsində təhsil alıb.1971-1974 ci illərdə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə o cümlədən həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb.


1988-ci ildə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin Elmi-Təcrübi və Tədris Birliyinin baş direktoru vəzifəsinə təyin edilib. 1990-cu ildə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru, 1993-cü ildən isə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru təyin olunub.

1999-cu ildən bu günə kimi səhiyyə nazirinin müavini - Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışırdı.


1981-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü, sosial gigiyena və səhiyyənin təşkili üzrə ali dərəcəli həkim, Ümumittifaq Epidemioloqlar, mikrobioloqlar və parazitoloqların Elmi Cəmiyyəti Rəyasət Heyətinin, eləcə də Ümumittifaq Gigiyenist və sanitar həkimlərinin Elmi Cəmiyyətinin İdarə heyətinin üzvü seçilmişdir. Yeni Azərbaycan Partiyasının üzvü idi.
Səmərəli fəaliyyəti ilə respublikamızda səhiyyənin inkişafına sanballı töhfələr vermiş Abbas Vəlibəyov 1980-ci ildə SSRİ Səhiyyə Nazirliyinin əmri ilə “Səhiyyə əlaçısı” döş nişanı ilə, 2000-ci ildə “Əməkdar həkim” fəxri adı ilə, 2013-cü ildə “Tərəqqi” medalına layiq görülmüşdür. 2017-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Allah Rəhmət eləsin!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gülüşdən ciddiyyətə - Dövlət başçısı seçilən YUMORİSTLƏR 22 Aprel 2019, 16:45 Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinə yeni dekan təyin edildi 22 Aprel 2019, 16:40 Qazaxda yol tikintisinə 6,8 milyon manat ayrıldı 22 Aprel 2019, 16:37 Astarada heyvanlar peyvəndləndi 22 Aprel 2019, 16:37 “Lenin hamımızın babası olub!” - Tanınmışlar proletariatın rəhbərini belə XATIRLADILAR 22 Aprel 2019, 16:34 “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunun finalı keçirildi  22 Aprel 2019, 16:32 Nazirlik it dişləmələri ilə bağlı müraciət yaydı: “Quduzluq 100% ölümlə nəticələnir!” 22 Aprel 2019, 16:03 Psixoloq onu qınayanlara cavab verdi 22 Aprel 2019, 16:03 Baytarlıq Xidmətindən qoyunlar və keçilərlə bağlı XƏBƏRDARLIQ 22 Aprel 2019, 15:56 Hanoyda AZƏRTAC və Yonhap informasiya agentliklərinin rəhbərləri görüşdü 22 Aprel 2019, 15:50 Deputat Siyəzəndə şəhid ailələri ilə görüşdü   22 Aprel 2019, 15:32 Həkimin səhvi jurnalistin gözünün tutulması ilə nəticələnib 22 Aprel 2019, 15:27 Məmmədyarov missiyası başa çatan səfiri qəbul etdi 22 Aprel 2019, 15:27 ABŞ səfiri Dillər Universitetində olub   22 Aprel 2019, 15:24 Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı birinci oldu 22 Aprel 2019, 15:21 “Azərsu” yeni elektron xidmət istifadəyə verdi   22 Aprel 2019, 15:16 Makedoniyanın Universitet rektoru Azərbaycana gəlir 22 Aprel 2019, 15:11 İşə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanıldı 22 Aprel 2019, 15:11 Heydər Əliyev Fondu it dişləyən uşağın müalicəsinə dəstək verəcək   22 Aprel 2019, 15:09 Deputat Rüstəm Xəlilov: “İslahatlar Azərbaycanın sabahına hesablanıb” 22 Aprel 2019, 14:59 Şri-Lankadakı dəhşətli terroru hansı qruplaşma törədib? 22 Aprel 2019, 14:43 Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR 22 Aprel 2019, 14:40 Azərbaycanəsilli Amerika yazıçısının kitabı nəşr olundu 22 Aprel 2019, 14:39 Gənclər Lenini necə tanıyır? 22 Aprel 2019, 14:33 Erməni general Manvel Qriqoryan həbsdə qalacaq 22 Aprel 2019, 14:22 Tahir İmanov arzusuna çatdı - Mərkəzi küçəyə babasının adı verildi 22 Aprel 2019, 14:15 Ukraynada seçkiləri izləyən deputat: “Problem qeydə alınmayıb” 22 Aprel 2019, 13:54 Danimarkanın ən zəngin adamı terror aktında 3 övladını itirdi   22 Aprel 2019, 13:48 İlham Əliyev Şri-Lanka Prezidentinə başsağlığı verdi 22 Aprel 2019, 13:38 Vergilər Nazirliyi: Sahibkarlar yanlışlara yol verirlər 22 Aprel 2019, 13:33