Modern.az

Tovuzda partlayış - Bir ailənin 3 üzvü ağır yaralandı

Tovuzda partlayış - Bir ailənin 3 üzvü ağır yaralandı

Hadisə

17 Mart 2026, 09:34

Tovuzda fərdi yaşayış evində partlayış olub.

Modern.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini 1967-ci il təvəllüdlü Z.Cəfərova məxsus 4 ortaqlı fərdi yaşayış evində qaz sızması nəticəsində anidən partlayış olub. Nəticədə 3 nəfər yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlara dərhal yardım edilsə də, hər üç yaralının vəziyyətinin ağır olması ilə bağlı Bakıya göndərilib.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?