Modern.az

Dinşünas alim: “Kim Aşuraya qarşıdırsa, cinayətin tərəfdarıdır” – qalmaqallı AÇIQLAMA

Dinşünas alim: “Kim Aşuraya qarşıdırsa, cinayətin tərəfdarıdır” – qalmaqallı AÇIQLAMA

Mədəni̇yyət

15 Sentyabr 2018, 09:54

“İndi bu Aşuraya görə yenə çəkişmələr gedir, öncəki illər kimi buna qarşı olanlar deyir nəyə lazımdır özünü zəncirləmək, sinə vurmaq? Yəni keçmişdəki kimi özlərini modern, imam təziyyəsini saxlayanlara geriçi kimi göstərirlər. Ancaq hər şey tərsinədir, zaman dəyişib”.

 

Modern.az xəbər verir ki, bunu fəlsəfə elmləri doktoru, dinşünas alim Aydın Əlizadə bildirib.  

 

Onun sözlərinə görə, hazırda Aşurada zəncir vuranlara qarşı çıxış edən cinayətlərə yol açır.

Baxın dünyaya. O müsəlman ərazilərində ki zəncir vurub sinə döymürlər, orada din adı ilə insanları partladırlar. Gedirsən küçə ilə, bir də görürsən qalxdın göyə. Gəlirsən bazara balalara çörək almağa, Əzrayıla rast gəlirsən”.

A.Əlizadənin fikrincə, vəziyyət belədir ki, müsəlmanlar bir zor işlətməlidir.

“Ya özünü zəncirləməlidir, ya da ərafda olan adamları partlatmalıdır. Bu seçim qarşısında zəncirləyənlər daha yaxşıdır. Bu adamlar kimə nə edirlər? Özlərini vururlar, başqaları ilə işləri yoxdur. Bunlara gülənlər, bunları rədd edənlər isə gedib bazarları, dükanları, küçələri partladır.

Ona görə də Aşuranın tərəfdarı olmaq lazımdır. Qoy Aşura bütün müsəlman dünyasında olsun ki, başqa adamları küçələrdə partlatmasınlar, özlərini döysünlər. Kim Aşuraya qarşıdırsa, deməli cinayətin tərəfdarıdır!”.

 

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Məhərrəm ayının Azərbaycanda sentyabrın 11-də başlanması ilə bağlı fətva verib. Bu il Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır